Prezidentlər Qarabağı müzakirə edəcək

Prezidentlər Qarabağı müzakirə edəcək
  23 Aprel 2014    Oxunub:805
II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 28-29-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda sessiyalardan biri mürəkkəb situasiyalarda münaqişələrin həlli yollarının müzakirəsinə həsr edilib.

Bu sessiyada məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlılığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə danışacaqlar. Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, onun həlli yollarına xüsusi diqqət ayrılacaq, məruzəçilər bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacaqlar.

Avropa Şurasının Demokratiya və Siyasət Məsələləri Komitəsinin sədri, Yunanıstanın sabiq Xarici İşlər naziri Dora Bakoyyanisin sədrliyi ilə keçəcək iclasda Türkiyənin sabiq Xarici İşlər naziri Hikmet Çetin, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Mərkəzin üzvləri - Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Serbiyanın keçmiş dövlət başçısı Boris Tadic və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa çıxış edəcəklər.


Teqlər:





Xəbər lenti