Prezidentin ad gününə 53 min ağac əkilir - FOTOLAR

Prezidentin ad gününə 53 min ağac əkilir - FOTOLAR
  26 Noyabr 2014    Oxunub:2038
Gəncədə 53.000 ağacəkmə kampaniyası davam edir.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun mətbuata verdiyi açıqlamaya əsasən, aksiyanın ilk günündən bu günə qədər şəhərdə 30.000-ə yaxın ağac əkilib:

“Kütləvi sürətdə davam edən ağacəkmə kampaniyası çərçivəsində hər gün ağac əkilir. Kampaniya Gəncənin hər yerini əhatə edir. Bu gün şəhərin Heydər Əliyev adına Park Kompleksində davam etdirilən kampaniya çərçivəsində 4000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Kampaniya dekabr ayının 24-ə qədər davam edəcək”

Kampaniyada Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri də iştirak edir.

Qeyd edək ki, aksiya zamanı əkilən ağaclara qulluq göstərilir və dibləri bərkidilir. Daha sonra ağaclar damcı suvarma sistemi ilə suvarılır. Bundan başqa əvvəllər əkilən ağaclara da aqrotexniki qulluğun göstərilməsi davam edir.








Teqlər:  





Xəbər lenti