Prezidentin Münhendə görüşdüyü Kasperski kimdir? - DOSYE

Prezidentin Münhendə görüşdüyü Kasperski kimdir? - DOSYE
  13 Fevral 2016    Oxunub:23825
Xəbər verdiymiz kimi, ötən gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.

Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı müzakirə olunub. Bundan əlavə kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Kaspersky Lab” şirkəti hansı işləri görür?



AzVision.az prezident İlham Əliyevin Münhendə görüşdüyü Yevgeni Kasperski ilə bağlı maraqlı məlumatları təqdim edir:

“Kaspersky Lab” kompüter virusları, spam, haker hücumlar və digər kiber təhlükələrdən qorumaq üçün sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən Rusiya şirkətidir.

Şirkət 200-dən çox ölkədə fəaliyyət göstərir. “Kaspersky Lab”ın mərkəzi ofisi Moskvada yerləşir. Şirkət dünyada yekun qurğuların (Endpoint Protection) qorunması üçün sistemlərin hazırlanmasına görə dünyada ilk dördlükdə yer alır.

“Kaspersky Lab” şirkətinin əsası Yevgeni Kasperski başda olmaqla bir qrup fiziki şəxs tərəfindən 16 iyun 1997-ci ildə qoyulub.

22 yanvar 2013-cü ildə şirkət 350 milyon dollara Leninqrad şosesində biznes-mərkəz alıb. Şirkət 6 nəfərə məxsusdur. Şirkətə nəzarət paketi isə Yevgeni Kasperskin səlahiyyətindədir.



Qeyd edək ki, 8 avqust 2007-ci ildən Yevgeni Kasperski şirkətin icraçı direktorudur. “Kaspersky Lab”ın Böyük Britaniya, Çin, Fransa, ABŞ, Almaniya, Rumıniya, Yaponiya, Cənubi Koreya, Hollandiya, Polşa, BƏƏ və Kanada da nümayəndəlikləri var.

Şirkətin personalının ümumi sayı 2800 nəfərdir. “Kasperski Laboratoriyası”nın məhsulları və texnologiyaları bütün dünyada 300 milyondan çox istifadəçini müdafiə edir. Şirkətin korporativ müştərilərinin sayı 250 mini ötür. Belə ki, böyük dövlət və ticarət təşkilatları (məsələn, "BASF", "Siemens", Moskva Şəhər İnformasiya Texnologiyalarının Departamenti, Rusiyanın Dəmir Yolları, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ali Arbitraj Məhkəməsi, Federal vergi xidməti, Sosial Sığorta Fondu, Hesablama Palatası və s.), həmçinin dünyanın bir çox kiçik və orta biznes müəssisələri, təhsil müəssisələri şirkətin məhsullarından yararlanır.



Hazırda “Kasperski Laboratoriyası”nın 80-dən çox qlobal və texnologiya partnyoru sırasına “Microsoft”, “IBM”, “Cisco”, “Juniper Networks”, “Alcatel Lucent”, “Blue Coat”, “Check Point”, “D-Link”, “GFI”, “Gwava”, “Netgear”, “SonicWALL RSA”, “ZyXel”, “Alt-N”, “Parallels”, “Lenovo” kimi nüfuzlu şirkətlər daxildir.

Rusiyanın müstəqil informasiya-analitik portalı Anti-Malware.ru “Rusiya 2007-2008-ci illər antivirus müdafiəsi bazarının analizi” adlı illik hesabatında “Kasperski laboratoriyası”nı bazarın 45 faizini əhatə edərək 60,2 milyon dollar satış həcmi ilə Rusiya bazarında lider olduğunu elan edib.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti