Prezident görüşlər keçirdi

Prezident görüşlər keçirdi
  03 Oktyabr 2014    Oxunub:1102
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.
Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edildi.

Prezident İlham Əliyev həmçinin oktyabrın 2-də Litva Respublikasının keçmiş Prezidenti Vitautas Landsbergisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulandı.

Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçi də qəbul edib.

Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulandı, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti