Prezident Türkiyə ilə sazişi təsdiqlədi

Prezident Türkiyə ilə sazişi təsdiqlədi
  24 İyun 2016    Oxunub:1164
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il aprelin 26-da Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyinə bu fərmanda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti