Prezident Administrasiyasını zenit topu qoruyacaq

Prezident Administrasiyasını zenit topu qoruyacaq
  28 İyul 2016    Oxunub:2404
Türkiyə Prezident Administrasiyası yerli hava hucumundan müdafiə sistemi vasitəsilə qorunacaq.
AzVision.az “Haberturk”ə istinadən xəbər verir ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı helikopterlərdən atəşə tutulan binaya “Qorqud” zenit topu quraşdırılacaq.

Qeyd edək ki, “Qorqud” Türkiyənin “ASELSAN” şirkətinin “FNSS ZMA-30” tırtırlı nəqliyyat platforması üzərində hazırladığı 35 mm çaplı 2 lüləli zenit topudur.

Helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq olunan “Qorqud” 3 ölçülü radara, İFF sisteminə, qabaqcıl silah seçimi alqoritmlərinə, avtomatik sursat ötürmə sisteminə, radarlarla yanaşı, elektro-optik sistemlərə və müasir atış-kontrol sisteminə sahibdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti