Poroşenko Savçenkoya orden verdi - Yenilənib

Poroşenko Savçenkoya orden verdi - Yenilənib
  25 May 2016    Oxunub:3533
Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı hərbçi, Milli Qəhrəman Nadejda Savçenko ilə görüşüb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Savçenkoya "Ukrayna Qəhrəmanı" vəsiqəsini və "Qızıl Ulduz" ordenini təqdim edib.

**

Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı hərbçi, Milli Qəhrəman Nadejda Savçenkonun vətənə qayıtması münasibətlə ölkə vətəndaşları və bütün dünyanı təbrik edib.

AzVision.az xəbər verir ki, bu barədə Poroşenko öz “Facebook” səhifəsində yazıb.

“Bizim Nadya artıq Ukrayna torpağındadır. Ukraynalıları və bütün dünyanı qələbə günü münasibətilə təbrik edirəm”, - deyə Poroşenko yazıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərini qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.

Poroşenko tərəfindən Milli Qəhrəman adı verilən Savçenko Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə həbsdən azad edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti