Poroşenko Putinlə razılaşdı - 3 saatlıq Berlin görüşü

Poroşenko Putinlə razılaşdı - 3 saatlıq Berlin görüşü
  20 Oktyabr 2016    Oxunub:2552
Rusiya Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib.
AzVision.az "112 Ukrayna " telekanalına istinadən verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Berlində keçirdiyi brifinqdə bəyan edib.

"Minsk razılaşmalarının yerinə yetirilməsi üçün “yol xəritəsi” noyabrın sonuna qədər işlənib hazırlanacaq. Bu, eyni zamanda sərhəd məsələlərinə də aiddir. Hesab edirəm ki, hazırda Normand formatının alternativi yoxdur”, - deyə Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, görüşdə hər hansı bir sənəd imzalanmayıb. Poroşenko bildirib ki, yaxın vaxtlarda “Normand dördlüyü” ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutacaq.

Qeyd edək ki, ötən gün Almaniyanın paytaxtı Berlində “Normand dördlüyü”nün sammiti keçirilib.

Almaniya kansleri Angela Merkelin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko Berlinə gəliblər. “Normand dördlüyü”nün liderləri Ukraynanın şərqində münaqişənin nizamlanmasına dair əsas məsələləri müzakirə ediblər.

Görüş 3 saatdan çox davam edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti