Polis yüzlərlə adamı zəncirlədi

Polis yüzlərlə adamı zəncirlədi
  28 May 2015    Oxunub:1212
İraqda Ramadinin İŞİD terror təşkilatı tərəfindən ələ keçirilməsindən sonra 55 min adam şəhərdən qaçaraq yollara düşüb.
Paytaxt Bağdada üz tutan minlərlə adam terrorçu olduqları zənn edilərək şəhərə buraxılmayıb. Bağdadı nəzarətində saxlayan polislər şübhələndikləri yüzlərlə adamı zəncirləyiblər. Polis onları səhrada saxlayaraq cəzalandırıb.

Saxlanılan insanların mülki geyimli terrorçular olduğunu iddia edən polis sonradan səhv etdiyini anlayıb. Livanın "Al Mayadeen" televiziyası zəncirlənən insanların görüntüsünü yayımlayıb.

Məlumat verilib ki, Bağdada girmək istəyən İraq vətəndaşlarından bəziləri şəhərə buraxılıb. Ancaq insanların bir qismi İŞİD təhlükəsi altındakı bölgəyə məcburi olaraq geri göndərilib.
(Ans)


Teqlər:  





Xəbər lenti