Paytaxtda daha bir yol bağlanır

Paytaxtda daha bir yol bağlanır
  10 Dekabr 2016    Oxunub:1463
Dekabrın 10-da saat 22:00-dan səhər saat 5:00-dək Dilarə Əliyeva küçəsinin “Azadlıq” prospekti ilə kəsişməsindən Süleyman Rüstəm küçəsi ilə kəsişməsinədək olan hissədə (Rəşid Behbudov küçəsi istiqamətində) yol bağlanacaq.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki,yolun bağlanmasına səbəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Dilarə Əliyeva 227 ünvanında yerləşən 2-ci korpusunda aparılan təmir işləridir. Sürücülərdən yolun bağlı olduğu saatlarda alternativ olaraq “28 may” küçəsindən istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti