Parlamentin 2015-ci il üçün xərci - 23 milyon

Parlamentin 2015-ci il üçün xərci - 23 milyon
  20 Noyabr 2014    Oxunub:1468
Azərbaycanın Milli Məclisi özünün gələn ilki xərclər smetasını müzakirə edib.
AzVision.az xəbər verir ki, ümumilikdə Milli Məclis və onun Aparatının saxlanılması üçün 2015-cu il üzrə xərclərinin 23 milyon 357 min 94 manat olması nəzərdə tutulub. Bunun 69, 7 faizinin əməkhaqlarına xərcləmək planlaşdırılır. Layihədə ezamiyyə xərclərinə 1 milyon 473 min 900 manat ayrılıb. Rabitə xərcləri üçün isə 240 min manat vəsait ayrılıb. “Milli Məclisin 2015-cu il üçün xərclər smetası” layihəsini parlamentə Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev təqdim edib.

O, eyni zamanda Milli Məclisin avtodayanacağının iki mərtəbəli olmasını hökumətdən xahiş edib. Daha sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2015-ci il üçün xərclər smetasını açıqlayıb.

O bildirib ki, gələn il üçün palataya 3 milyon 892 min manat vəsait ayrılıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti