Papa gələn həftə Türkiyəyə gedir

Papa gələn həftə Türkiyəyə gedir
  22 Oktyabr 2014    Oxunub:1293
Roma Papası Fransisk oktyabrın 28-də Türkiyəyə səfər edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Papa ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın dəvətilə 28-30 oktaybr tarixlərində Türkiyədə olacaq.

Sayca 6-cı xarici ölkə səfəri olan Fransisk Vatikan tarixində Türkiyəyə səfər edən 4-cü Papadır.

Səfər çərçivəsində onun Rəcəb Tayyib Ərdoğandan başqa baş nazir Əhməd Davudoğlu və Diyanət İşləri Başqanı Mehmet Görməzlə görüşəcək.

Papanın Ayasofya muzeyini və Sultanəhməd məscidini ziyarət edəcəyi gözlənilir.

Daha sonra isə Rum-Provaslav Patriarxı Bartolomeslə təkbətək görüşəcəyi bildirilir.
Bazar günü – oktyabrın 30-da isə Papa İstanbulda Patriarxlığın qurulması ilə bağlı olaraq keçiriləcək Müqəddəs Corc Kilsəsindəki ayinə qatılacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti