Pan Gi Munun qardaşı həbs olunacaq

Pan Gi Munun qardaşı həbs olunacaq
  21 Yanvar 2017    Oxunub:2405
ABŞ hökuməti Cənubi Koreyadan BMT-nin keçmiş baş katibi Pan Gi Munun qardaşının həbs edilməsini tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” Nyu-Yorkda Manhettenin Federal məhkəməsinin prokurorunun köməkçisinin bəyanatına istinadən yayıb.

Qeyd olunub ki, ABŞ Cənubi Koreyaya aid “Keangnam Enterprises Co Ltd” tikinti şirkətinin keçmiş müşavirlərindən biri Pan Gi Sananın həbs olunması tələbi ilə rəsmi Seula müraciət edib. Pan Sana Pan Gi Munun qardaşıdır və o, korrupsiyada ittiham edilir.

ABŞ həmçinin onun ekstradisiyasını tələb etmək niyyətindədir. Öz növbəsində BMT səslənən ittihamlara münasibət bildirməkdən boyun qaçırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti