Özəl şirkətlər kommunal xidmətlər göstərə bilər

Özəl şirkətlər kommunal xidmətlər göstərə bilər
  10 Dekabr 2016    Oxunub:1809
Azərbaycanda kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilib. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən 1) “Tik – idarə et – təhvil ver” (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır.

Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti