Ötən il 295 körpədən yalnız 135-i xilas edilib

Ötən il 295 körpədən yalnız 135-i xilas edilib
  24 Yanvar 2017    Oxunub:1569
“2016-cı ildə 1000 qramdan az çəki ilə doğulmuş 295 körpədən 135-ni xilas etmək mümkün olub”
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

O qeyd edib ki, 2015-ci ildən Azərbaycan diridoğulmanın yeni meyarlarına keçib, yəni hamiləliyin 22 həftəsindən sonra doğulan və çəkisi 500 qram və daha artıq olan körpələr vaxtından əvvəl doğulmuş hesab olunur.

“2008-2014-cü illərdə perinatal ölüm göstəricisi hər 1000 yenidoğulana 14,2-17,4 təşkil edib. 2015-ci ildə yeni meyarlara keçilməsinə baxmayaraq? perinatal və neonatal yardımın təkmilləməsi ilə əlaqəli olaraq bu göstəricidə neqativ dinamika qeyd olunmayıb. 2015-ci il üzrə məlumatlarına əsasən hamiləliyi başa çatan qadınlar arasında 4714 qadının hamiləliyi vaxtından əvvəl doğuşla başa çatıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti