Ohanyan yenə ruslara yaltaqlandı

Ohanyan yenə ruslara yaltaqlandı
  27 Yanvar 2015    Oxunub:2485
Gümrüdəki faciə Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmalı deyil.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib.

Ohanyanın sözlərinə görə, Rusiya ilə münasibətlər həm ikitərəfli həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində inkişaf edir, birgə təlimlər keçirilir. Nazir vurğulayıb ki, ölkədə Rusiya Silahlı Qüvvələrinin mövcudluğu daha qlobal regional məsələlərin həll olunmasına yardım edir. Ohanyan qlobal regional problem kimi Türkiyəni göstərib.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti