Novruz Məmmədovdan Avropaya miqrant mesajı

Novruz Məmmədovdan Avropaya miqrant mesajı
  03 Sentyabr 2015    Oxunub:1914
“Avropada miqrantlarla bağlı yaşanan faciənin səbəb və nəticələrinin ədalətli qiymətini zaman-tarix verəcək”.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, son vaxtlar Avropa İttifaqı miqrant böhranı yaşayır. Belə ki, Şimalı Afrikada və Yaxın Şərqdə mövcud münaqişələr nəticəsində Avropaya miqrasiya edən şəxslərin sayı çoxalıb.

Baş verən müharibələrdən qaçaraq Avropaya sığınmaq istəyən insanların çoxu dənizi keçərkən boğulub ölür. Ən çox ölüm halı Aralıq dənizinin Türkiyə sahillərində qeydə alınır. Burada köhnə gəmi və bərələrlə Avropaya getmək istəyən miqrantlar adi fırtına nəticəsində dənizin ortasında köməksiz vəziyyətdə qalır. Son verilən məlumatlara əsasən dənizdə ölən miqrantların sayı 10 mini ötüb.


Teqlər:  





Xəbər lenti