Novruz Məmmədov həmsədrləri ermənipərəstliklə ittiham etdi
AzVision.az-ın məlumatına görə, bu barədə N.Məmmədov twitter səhifəsində yazıb. O bildirib ki, erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır:
“Qərbdə və Avropada isə bəziləri asanlıqla onların təsiri altına düşərək mövqe bildirirlər. Təəssüf ki, həmsədrlərin mövqelərində də bu özünü vaxtaşırı biruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir”,-deyə PA rəsmisi əlavə edib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), C.Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) bəyanatlarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.
Bəyanatda qeyd olunub ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin "neytral ərazi"inin minalanmış zonasında yerləşir.
Sevinc İltifatqızı
AzVision.az