Nobel prospekti yenə bağlandı

Nobel prospekti yenə bağlandı
  27 May 2015    Oxunub:1259
Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

İşlər axşam saat 17:00-dək davam edəcək. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti