Nemtsov qətlinin şahidi danışdı - Video

Nemtsov qətlinin şahidi danışdı - Video
  01 Mart 2015    Oxunub:3150
Rusiyanı silkələyən qətl hadisəsinin şahidi danışıb.
AzVision.az-in Anspress-ə istinadən məlumatına görə, Viktor adlı şəxs bildirib ki, cinayətkarlar Boris Nemtsovu onun gözləri önündə güllələyiblər.

O, müxalifətçi lideri hətta xilas etməyə cəhd etdiyini də deyib.

Viktor Böyük Moskvoretskom körpüsünün yanında gəzən siyasətçi və rəfiqəsindən təxminən 80 metr aralıda gəzirmiş. Onun sözlərinə görə, başı telefona qarışdığından ətrafdakılara əhəmiyyət verməyib və ondan öndə qızla gəzən kişinin qəfildən yerə yıxıldığını görüb.

Borisin cəsədinin yanından keçən bir kişi isə qaçmağa başlayıb. O, hasarı tullanaraq düz körpüyə qaçıb və onu ikinci sırada gözləyən maşına oturub.

Viktor avtomobilin markasını xatırlaya bilməsə də, onun yerli istehsal olduğunu ehtimal edir.

Yerdə uzanan Nemtsova kömək etmək istəsə də, artıq gec olub. Kürəyindən bir neçə güllə almış müxalifətçi xırıldamağa başlayıb və dünyasını dəyişib.

Viktor onun əllərində dünyasını dəyişən şəxsin məşhur siyasətçi olduğunu sonra bilib.




Teqlər:  





Xəbər lenti