Neft 44 dollara düşdü

Neft 44 dollara düşdü
  06 May 2016    Oxunub:1480
Dünya bazarında neftin qiymətinin ucuzlaşması davam edir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 44,13 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar azalaraq 44,85 dollar olub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar ucuzlaşaraq 45,71 dollar təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti