Nazirlikdən “Bakı-2015”lə bağlı pul yığımına REAKSİYA

Nazirlikdən “Bakı-2015”lə bağlı pul yığımına REAKSİYA
  18 Aprel 2015    Oxunub:4724
Təhsil Nazirliyi məktəblərdə müxtəlif adlar altında vəsait toplanıması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun AzVision.az-a verdiyi məlumata görə, son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar gedir.

Onun sözlərinə görə, bəzən şaiyə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur.

Nazirlik rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxardılsın:

“Əgər belə hallar varsa, bu tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir. Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-ı qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:





Xəbər lenti