Nazirlikdən partlayışla bağlı KİV-ə müraciət

Nazirlikdən partlayışla bağlı KİV-ə  müraciət
  26 İyul 2016    Oxunub:2162
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
Müdafiə Sənayesi Nazirliyindən AzVision.az -a bildirilib ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib.

Qeyd edilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək.

KİV nümayəndələrinə müraciət edilib ki, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın. Dəqiqləşdirilməmiş xəbərlər yayılmasın.

AzVision.az


Teqlər:  





Xəbər lenti