Nazirlikdə yeni xidmət yaradıldı

Nazirlikdə yeni xidmət yaradıldı
  06 May 2016    Oxunub:1842
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni xidmət fəaliyyatə başlayıb.
Nazirlikdən AzVision.az-a daxil olan məlumata görə, ünvanlı dövlət sosial yardım üçün edilmiş müraciətlərə məmur müdaxiləsi olmadan, şəffaf şəraitdə baxılaraq nəticəsi barədə vətəndaşların mobil telefona, şəxsi kabinetinə və s. elektron formada məlumat göndərilir. Vətəndaşlar onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə əldə etmək imkanı əldə edib.

Belə ki, vətəndaş ünvanlı sosial yardımla bağlı 142-“Çağrı mərkəzi”nə zəng edərək müraciətinin cari vəziyyəti barəsində məlumatı əldə etmək üçün 0 düyməsini seçir.

Bundan sonra 2 düyməsini yığaraq təmsilçinin şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir. Daxil edilən rəqəmlər sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq düzgünlüyü təsdiqləndikdən sonra qəbul edilmiş qərar barədə məlumat səslənir.


Teqlər:





Xəbər lenti