Nazirlik zavoddakı partlayışın səbəbini açıqladı

Nazirlik zavoddakı partlayışın səbəbini açıqladı
  07 İyul 2015    Oxunub:2605
Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunun sexlərindən birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, nazirliyin məlumatında deyilir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti