Nazirlik çürüyən hərbiçini nəzarətə götürdü

Nazirlik çürüyən hərbiçini nəzarətə götürdü
  26 Noyabr 2014    Oxunub:1818
"Sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən əziyyət çəkən baş leytenant İlkin Quliyevin vəziyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, onun müalicəsi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda aparılacaq.

A.Qədirlinin sözlərinə görə, hərbçinin vəziyyətinə Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sında baxılıb və müalicəsinin Azərbaycanda aparılması tövsiyə olunub: “Xəstəliyi xroniki xəstəlikdir. O, Travmatologiya və Ortopediya İnstitutunda uzun müddətli müalicə keçəcək. Hərbçinin Türkiyəyə göndərilməsi nəzərdə tutulmur”.


Teqlər:  





Xəbər lenti