Nazirdən ipoteka krediti istədilər
Gənclər sahəsində edilən 10-dək müraciətlər əsasən QHT -lərin yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi və yeni mərkəzlərin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s. istiqamətdə olub.
İdman sahəsində edilən 10-dan artıq müraciət sırasında fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi və digərləri olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Teqlər: