Nazir “Son Zəng”i Sabirabada qeyd edəcək

Nazir “Son Zəng”i Sabirabada qeyd edəcək
  29 May 2015    Oxunub:1778
Təhsil naziri Mikayıl Cabbarov bu gün "Son zəng" tədbirində iştirak etmək üçün Sabirabaddakı məktəblərdən birində olacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, M.Cabbarov şagirdini xilas edib, özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun vaxtilə işlədiyi Sabirabad şəhəri 5 saylı orta məktəbdəki "Son zəng" tədbirində iştirak edəcək.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında baş verib. Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. O maşındakı şagirdi 9 yaşlı Güldəstənin həyatını xilas edən zaman çayda boğulmuşdu.

Qeyd edək ki, Təhsil Nazirliyi Ə.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib və qurumun maliyyə dəstəyi ilə onun ailəsinə ev tikilib.


Teqlər:





Xəbər lenti