Nazir şagirdlərə hədiyyə verdi

Nazir şagirdlərə hədiyyə verdi
  21 Aprel 2015    Oxunub:1285
Aprelin 20-də Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, ilk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib.

3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub.

Təhsil naziri bildirib ki, bu il ölkədə fənn olimpiadalarının keçirilməsi qaydalarına əsaslı dəyişikliklər edilib: “İnanırıq ki, iştirakçılar arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik”.

Olimpiadaların sonuncu günündə qaliblərə medallar və Təhsil Nazirliyinin qiymətli hədiyyələri təqdim edilib.

Xatırladaq ki, fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.




Teqlər:





Xəbər lenti