Nazir oğlunun toy xəbəri yalandır?

Nazir oğlunun toy xəbəri yalandır?
  27 Fevral 2015    Oxunub:5016
Bu gün ölkə mətbuatında Azərbaycanın fövqəladə hallar naziri Kamaləddin Heydərovun kiçik oğlu Nicatın toyunun olacağı ilə bağlı məlumatlar yayılıb.

Həmçinin sosial şəbəklərdə də qeyd olunub ki, Nicat Heydərovun toyu sabah paytaxtın dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək.

Nazirin yaxın dostu, tanınmış şair Baba Vəziroğlu bu xəbərlə bağlı AzVision.az-a bildirib ki, Nicat Heydərovun toy mərasimin keçirilməsi haqda yayılan informasiyalar yalandır:

“Kəmaləddin müəllimin iki oğlu var. Hər ikisi də evlidir. Mən bu xəbərlərə çox təəccübləndim. Tale də, Nicat da evlidirlər. Onlar hər ikisi çoxdan evlidir. Bu xəbərlər dezinformasiydır ”

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti