Nazir Mingəçevirə yeni rəis təyin etdi

Nazir Mingəçevirə yeni rəis təyin etdi
  26 Noyabr 2015    Oxunub:7407
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
AzVision.az-ın əldə etdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Şəhər Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti