Naxçıvanda iki qardaşın faciəli sonu

Naxçıvanda iki qardaşın faciəli sonu
  24 Sentyabr 2016    Oxunub:2304
Naxçıvan Muxtar Respublikasında (MR) iki qardaşı avtomobil vuraraq öldürüb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 23-də saat 19 radələrində Naxçıvan MR Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub.

Xəstəxanaya yerləşdirilmiş piyadalar orada ölüblər. Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti