Nardaranla bağlı təxribatçı çağırış - “Whatsapp”la mesaj göndərilir

Nardaranla bağlı təxribatçı çağırış - “Whatsapp”la mesaj göndərilir
  30 Noyabr 2015    Oxunub:24409
Nardaranda baş verən hadisələrlə əlaqədar insanlara təxribat dolu çağırışlar edilir.

AzVision.az-ın məlumatına görə, “Whatsapp” messanger xidməti vasitəsilə istifadəçilərə tanımadıqları şəxslər tərəfindən mesajlar göndərilir və bu mesajların bir neçə nəfərə göndərilməsi xahiş olunur.

Mesajlarda Nardaranda vəziyyətin həddindən artıq pis olduğu, kəndin blokadaya alındığı qeyd edilir və insanlardan nardaranlılara kömək edilməsi tələb olunur.

Təxribat xarakterli mesajın kimlər tərəfindən yayılması bilinmir.

Göründüyü kimi mesajın yayılmasına məqsəd insanları iğtişaşa sövq etmək, Nardaran olayını daha da gərginləşməkdən ibarətdir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti