Nardaranda jurnalistlərə hücum

Nardaranda jurnalistlərə hücum
  26 Noyabr 2015    Oxunub:4890
Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir.
Qəsəbəyə çəkilişə gələn “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb.

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov ərazidən uzaqlaşa bilib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb.(Report)


AzVision.az



Teqlər:  





Xəbər lenti