Nani “Fənərbaxça”dan gedir

Nani “Fənərbaxça”dan gedir
  23 May 2016    Oxunub:1731
Portuqaliyalı futbolçu Luis Nani “Fənərbaxça”dan ayrılmaq barədə qərar qəbul edib.

AzVision.az-ın məlumatına görə, onun Çin klublarından birinə transfer olunacağı gözlənilir.

Ötən həftədən başlayaraq şəxsi əşyalarını ölkəsinə göndərməyə başlayan futbolçunun meneceri Luca Bascherinin “Fənərbaxça” rəhbərliyi ilə görüşməsindən sonra Naninin klubdan gedəcəyi dəqiqləşib.

Türkiyə klubunda illik 4 milyon avro qazanan futbolçu, transfer reallaşarsa, 10 milyon avroya yaxın pul qazanacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti