NATO-da ABŞ və Rusiya müzakirə ediləcək - (VİDEOXƏBƏR)

NATO-da ABŞ və Rusiya müzakirə ediləcək - (VİDEOXƏBƏR)
  15 Fevral 2017    Oxunub:2253
NATO sammiti Brüsseldə toplaşır. Sammit Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişikliyinin ardından keçirilən ilk yüksək səviyyəli toplantı olması ilə əhəmiyyət daşıyır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə 27 nazirin qatılacağı toplantıda ABŞ-ı müdafiə naziri Ceyms Mattis təmsil edəcək.

NATO-nun Baş Katibi Yens Stoltenberq sammit ərəfəsində Rusiya ilə münasibətlərə aydınlıq gətirib: “Güclü olduqca, birlik içində qaldıqca, gələcəyimizdən əmin ola bilərik. Rusiya ilə təbii ki, yeni dialoqlar qura bilərik. NATO ilə Rusiya dialoqu mühüm əhəmiyyət daşıyır. Bundan əlavə ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı Şimali Atlantika Blokundakı müttəfiqlərinə tez-tez iradlar bildirmiş və Avropa ölkələrini məsuliyyətlərini yerinə yetirməməklə günahlandırmışdı”.

Qeyd edək ki, Tramp çıxışlarının birində NATO-nu vaxtı keçmiş ittifaq kimi dəyərləndirmişdi. Bunun sammit öncəsi mübahisələri alovlandıracağı güman edilir.



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti