Münhendə yaralılar arasında azərbaycanlı yoxdur

Münhendə yaralılar arasında azərbaycanlı yoxdur
  23 İyul 2016    Oxunub:1933
“Münhen şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.
Bunu AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, ötən gün Almaniyanın Münhen şəhərində baş verən hadisə zamanı 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisəni milliyətcə iranlı olan 18 yaşlı gəncin törətdiyi deyilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti