Münhendə 10 nəfəri öldürən iranlı gəncin FOTOSU

Münhendə 10 nəfəri öldürən iranlı gəncin FOTOSU
  23 İyul 2016    Oxunub:5575
Almaniyanın Münhen şəhərində baş verən silahlı insident nəticəsində ölənlərdən 3 nəfəri Türkiyə vətəndaşıdır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, ölənlərdən üçü Sevda Dağ, Can Leyla , Selçuk Kılıç adlı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzinə silahlı hücum edən İran əsilli 18 yaşlı Almaniya vətəndaşı içəridəkiləri atəşə tutub. Nəticədə 10 nəfəri ölüb, 21 nəfər yaralanıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

Artıq həmin şəxsin fotoları da yayılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti