Moskvadan Bakıya 69 avroya uçuş

Moskvadan Bakıya 69 avroya uçuş
  09 Fevral 2016    Oxunub:1377
Bu gündən “Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.
Qurumdan AzVision.az-a verilən məlumata görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti