Milli Məclisdə dopinq müzakirəsi

Milli Məclisdə dopinq müzakirəsi
  28 Oktyabr 2016    Oxunub:1359
Milli Məclisinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, qanun layihəsi barədə Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun yoxdur.

F.Muradov əlavə edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə əksini tapıb.

Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir.

Layihə I oxunuşda qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti