Millət vəkili prezident təqaüdçülərilə görüşüb

Millət vəkili prezident təqaüdçülərilə görüşüb
  19 Avqust 2014    Oxunub:1978
“Prezident Təqaüdçüsü Gənclər Klubu”nun Təşkilat Komitəsinin təşəbbüsü ilə univerisitetlərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün Prezident Təqaüdünə layiq görülmüş bir qrup tələbənin Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Fərəc Quliyevlə görüşü keçirilib.
Birliyin Təşkilat Komitəsinin sədri Təbriz Raufoğlu gənclərə, o cümlədən tələbələrə həmişə xüsusi diqqəti ilə seçildiyi üçün, tələbələr adından Fərəc Quliyevə təşəkkürlərini bildirib. O, qeyd edib ki , “Prezident Təqaüdçüsü” Gənclər Klubu yeni yarandığı üçün, millət vəkilinin verdiyi bu dəyər Birliyin formalaşmasında stimul olacaq.

Millət vəkili Fərəc Quliyev də öz növbəsində belə bir təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib. “Sizlər artıq bir ailənin, bir nəslin deyil, bir millətin, bir dövlətin övladlarısınız, ona görə də istər millət vəkillərinin, istər də dövlət adamlarının borcudur ki, sizlərin istiqamətləndirilmənizdə və formalaşmanızda əlindən gələni etsin” – deyə F.Quliyev bildirib.





Teqlər:





Xəbər lenti