Metroda yeni aparatlar quraşdırılır - FOTO

Metroda yeni aparatlar quraşdırılır - FOTO
  26 Aprel 2015    Oxunub:2057
“Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşdırılmasına başlanıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hazırda Metropolitenin 20 Yanvar stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir.

Məlumata görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə ediləcək. Sonrakı mərhələdə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.


Teqlər:





Xəbər lenti