Məşhur rus müğənni Azərbaycanın `qara siyahı`sında
AzVision.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev L.Kazarnovskayanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsinə münasibət bildirərkən bildirib.
O, qeyd edib ki, incəsənət xadimləri sülhə və barışığa xidmət etməli olduqları halda, L.Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi açıqlamaları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını və işğal olunmuş ərazilərdə, hətta Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməni təşviq edir.
H.Hacıyev deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində musiqi mərkəzinin yaradılmasından bəhs edən L.Kazarnovskaya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində Azərbaycan xalqının maddi-mədəni irsi, o cümlədən dahi sənətkarlar yetişdirən Qarabağ musiqi məktəbi talan, dağıntı və virana məruz qoyulub.
AzVision.az