Məşhur drijordan Azərbaycana xəyanət

Məşhur drijordan Azərbaycana xəyanət
  29 Avqust 2015    Oxunub:3170
Son vaxtlar Azərbaycanın etirazlarına baxmayaraq, işğal altında olan Dağlıq Qarabağa qeyri-qanuni səfərlərin sayı artıb. İndi isə tanınmış italiyan drijor Canluka Marçiano Qarabağa səfər etməyə hazırlaşır.

Maestro Dağlıq Qarabağ qondarma Respublikasının “prezidenti” Bako Saakyanın həyat yoldaşının dəvəti ilə bu səfərini reallaşdıracaq. Marçianonun Xankəndi şəhərinə səfəri sentyabrın 1-nə planlaşdırlır.

Canluka Marçiano səfər çərçivəsində Cüzeppe Verdinin "Requem" əsərinin Qarabağ premyerasını keçirəcək.

Marçiano bilidirib ki, Dağlıq Qarabağa səfər etdiyi üçün Azərbaycanın “qara siyahısına” düşməkdən narahat deyil.

“1 sentyabrda keçiriləcək mədəniyyət layihəsi çərçivəsində sülhə dəstəyin bir hissəsi olmaqdan məmnunam. Siyasi məsələlər məni yolumdan saxlaya bilməz. Bu sərhədləri aşmaqla sülh üçün yaşamaq adı altında keçirilən bir mədəniyyət layihəsidir və heç bir sənətçinin buna oxşar tədbirlərdən geri qalmaq istədiyinin düşünmürəm”. – deyə Canluk Marçiano bildirib.

Bu səfər Canluka Marçianonun ermənilərlə ilk işbirliyi deyil. 24 Apreldə 100 illiyi keçirilən “erməni soyqrımı” üçün təşkil edilən mərasimdə iştirak edən 4 drijordan biri də Canluka Marçiano olub.

Xatırladaq ki, Canluka Marçiano 2012-ci il sentyabrın 18-də dahi Üzeyir Hacıbəylinin anısına keçirilən IV Beynəlxalq musiqi festivalı və 2015-ci il mayın 17-də keçirilən VIII Beynəlxalq Mstislav Rastropoviç festivalında iştirak etmək üçün Bakıda olub. (Ans)


Teqlər:





Xəbər lenti