Meşədə narkoplantasiya aşkarlandı

Meşədə narkoplantasiya aşkarlandı
  28 İyul 2015    Oxunub:1862
Azərbaycanda meşə massivində külli miqdarda narkotik tərkibli çətənə bitkisi əkilib.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az - a verilən məlumata görə, Balakən rayonunda yerləşən meşə massivinin ərazisində 4 sahədə naməlum şəxs və ya şəxslər tərəfindən əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş külli miqdarda - 5.000-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar edilib.

Əldə edilmiş əməliyyat məlumatının yoxlanılması məqsədilə Balakən rayon Polis şöbəsi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə birgə tədbirlər keçiriblər.

Faktla bağlı Balakən RPŞ-də qaldırılmış cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti