Merkeldən Putinə özəl zəng

Merkeldən Putinə özəl zəng
  16 Sentyabr 2014    Oxunub:2095
Ötən gün axşam saatlarında Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybertin sözlərinə görə, liderlərin telefon danışığı zamanı Ukraynadakı son vəziyyət diqqət mərkəzində saxlanılıb.

Onun sözlərinə görə, Merkel Rusiya, Ukrayna və Avropa İttifaqı arasında aparılan danışıqlar nəticəsində azad ticarət sahəsində əldə olunan razılaşmanı məmnunluqla qarşılayıb: “Kansler Rusiya və Ukrayna arasında qazın qiyməti ilə bağlı yaranan konfliktin aradan qaldırılması məqsədilə üçtərəfli danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti