Merkel Ərdoğanın telefonlarını dinləyirmiş

Merkel Ərdoğanın telefonlarını dinləyirmiş
  18 Avqust 2014    Oxunub:7388
Almaniyanın “Frankfurter Allgemeine Sonntag” qəzeti qalmaqal yaradacaq yeni iddia ortaya atıb.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, qəzetin dərv etdiyi məlumata görə, Türkiyə alman kəşfiyyatı tərəfindən ən çox telefon danışıqlarının izləndiyi ölkələrdəndir.

Alman hökümətinə yaxın çevrələrin bildirdiyinə görə, bu məlumat həqiqətdir və Türkiyə çox yaxından izlənilir.

Xatırladaq ki, ABŞ kəşfiyyatının telefonları dinləməsi skandalına görə Angela Merkel buna sərt etiraz etmişdi. “Frankfurter Allgemeine Sonntag” nəşri hökümət dairələrinin “Biz dostlar arasında NATO ölkələrinin dinlənilməyəcəyini heç zaman söyləməmişik” fikrinə xüsusi yer verib.

Alman hökümətinin Türkiyəni izləməsi belə izah edilir: “Türkiyə ABŞ, Fransa və ya İngiltərə kimi əsas partnyorlardan biri deyil. Türkiyədə başa verənlər Almaniyanın daxili təhlükəsizliyi baxımdan önəmli rol oynayır. Bu , Almaniyadakı PKK qrupları, radikal sol və sağ təşkilatlarının etirazları, narkotik ticarətinə kimi uzanır. Eyni zamanda Türkiyə hökümətinin Almaniyadakı türk dərnəkləri vasitəsilə siyasi hədəflərə çalışdığı bilinir”.

Qeyd edək ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının Almaniya tərəfindən dinlənildiyi bildirilir.

Emin


Teqlər:  





Xəbər lenti