Meriyanın 700 manatlıq işindən nə xəbər?

Meriyanın 700 manatlıq işindən nə xəbər?
  15 Sentyabr 2014    Oxunub:3409
Bakıda avtobus sürücülərinə 700 manat maaş təklif edən “Baku Bus” MMC-yə işləmək üçün çoxlu sayda insan müraciət edir.
Bu barədə AzVision.az-a yeni yaradılmış “Baku Bus” MMC-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, işə qəbul üçün müraciət edən sürücülərin hazırda sənədlərinə baxılır.

Avtobusların nə zaman gətiriləcəyinə və hansı marşrut üzrə xəttə buraxılacağına gəlincə, şirkətdən bildiriblər ki, bu barədə dəqiq məlumat yoxdu. “Ümumi bu barədə işlər aparılır”

Xatırladaq ki, paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış “Baku Bus” MMC gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq. Bunnula əlaqədar olaraq şirkət avtobus sürücülərinin işə qəbuluna başlayıb. Təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır. Avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. “Baku Bus” MMC-ə məxsus 150 avtobus Fransa istehsalı olan “İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib. Avtobuslar sıxılmış maye qaz ilə işləyir və Avro 6 standartına uyğundur. Onlar GPS sistemi ilə təchiz olunur. “Baku Bus”ın sürücüləri işə başlamazdan əvvəl onlara fransız mütəxəssislər təlim keçiləcək.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti