Mənzildən 41 yaşlı kişinin meyiti tapılıb

Mənzildən 41 yaşlı kişinin meyiti tapılıb
  18 Yanvar 2017    Oxunub:1837
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Mənzildə 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:07-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti