Məmmədyarov yeni səfirlə görüşdü
Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edilib. İqtisadiyyat, enerji, ticarət, yüngül sənaye və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Nazir Elmar Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Səfir Səid Xan Mohmand iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: